https://news.day.az/azerinews/1838663.html Yerdəyişmə üçün müraciət edən şagirdlərin sayı AÇIQLANIB Ölkə məktəblərində şagirdlərin elektron yerdəyişməsi üzrə sorğusu təsdiqlənən şagirdlərin sayı açıqlanıb. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Yerdəyişmə üçün müraciət edən şagirdlərin sayı AÇIQLANIB

Azərbaycanca, 2 июня 2026 11:05 (UTC +04:00) 268
Yerdəyişmə üçün müraciət edən şagirdlərin sayı

Ölkə məktəblərində şagirdlərin elektron yerdəyişməsi üzrə sorğusu təsdiqlənən şagirdlərin sayı açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2025-2026-cı tədris ilində şagirdlərin yerdəyişməsi elektron sistemi vasitəsilə 146 min nəfərə yaxın şagirdin sorğusu təsdiqlənib.

Qeyd edək ki, 26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.

5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости