https://news.day.az/azerinews/1838728.html AÇG dərin yataqlarında neft hasilatı bu payız başlayır "Azəri-Çıraq-Günəşli"nin (AÇG) dərin yataqlarının dibində yeni neft həlqəsindən hasilat sentyabrda başlanacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsində jurnalistlərə açıqlamasında deyib.

AÇG dərin yataqlarında neft hasilatı bu payız başlayır

Azərbaycanca, 2 июня 2026 14:24 (UTC +04:00) 279
AÇG dərin yataqlarında neft hasilatı bu payız başlayır

"Azəri-Çıraq-Günəşli"nin (AÇG) dərin yataqlarının dibində yeni neft həlqəsindən hasilat sentyabrda başlanacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şirkət yeni kəşf olunmuş neft ehtiyatlarının həcmini dəqiqləşdirmək üçün hasilat quyusu qazmağa başlayıb.

Regional prezidentin sözlərinə görə, əvvəldən bu ərazidə neft ehtimalı mövcud olsa da, ehtiyatların dəqiq həcmi məlum olmayıb. Buna görə də neft həlqəsindən hasilata başlamaq və real göstəriciləri müəyyənləşdirmək məqsədilə quyu qazılıb.

Cio Kristofoli qeyd edib ki, bu quyu vasitəsilə həm də neft həlqəsinin ölçüsü və potensialı barədə daha dəqiq məlumat əldə ediləcək.

O bildirib ki, hasilatın sentyabr ayında başlanması planlaşdırılır və bu proses yeni kəşf olunmuş neft ehtiyatlarının həcminin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

bp rəsmisi əlavə edib ki, quyudan əldə olunacaq məlumatlar yatağın gələcək inkişaf strategiyasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşıyır.

  • AÇG dərin yataqlarında neft hasilatı bu payız başlayır
  • AÇG dərin yataqlarında neft hasilatı bu payız başlayır
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости