Babasil ağrıları zamanı ilk tibbi yardım

Day.Az представляет новость на азербайджанском языке
Babasil bütün dünyada ən çox yayılmış xəstəliklərdən biridir.
Belə hesab olunur ki, dünyada yaşayan 80% insanlarda bu və ya digər formasında babasil var. Təbii ki, babasil mütləq müalicə olunmalıdır. Gecikmiş mərhələlərdə xəstəlik çox ağır fəsadlar verir.
Digər pozulmalarla yanaşı babasil özünü güclü ağrılarla büruzə verir. Belə ağrılar zamanı ilk tibbi yardım məqsədi ilə bu kimi vasitələrdən istifadə etmək olar:
- Xarici babasil zamanı (genişlənmiş damarlar xaricdən bayıra çıxır) ağrılar xüsusi mazların (heparin mazı, Проктозан mazı, Гепатромбин mazı, Relif mazı və s.) köməyi ilə aradan qaldırılır.
Daxili babasil (genişlənmiş damarlar içəridədir) zamanı isə xüsusi şamlardan - Relif, Гепатромбин Г, Aнестезол və s. istifadə etmək olar. Анестезол təzyiqin qalxmasına səbəb ola bilər ki, bu preparatın hipertoniyadan əziyyət çəkən insanların qəbul etməsi tövsiyə edilmir.
- Novokainlə olan şamlar da yaxşı effekt verir. Lakin onların istifadəsində müəyyən məhdudiyyətlər var.
saglamheyat.com
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре