Elan saytlarından məhsul alarkən diqqətli olun!

Day.Az представляет новость на азербайджанском языке

Elan saytları vasitəsilə istənilən məhsulu satmaq mümkündür.

Day.Az bildirir ki, son dövrlər belə saytların sayı çoxalıb.

Marketoloqlar deyir ki, bu saytların geniş yayılmasının səbəbi daha az xərclə geniş auditoriyaya çıxa bilmək imkanıdır.

Bununla belə bir başa saytların vasitəçiliyi ilə məhsul almaq riskli sayılır. Çünki görülmədən alınan məhsulun keyfiyyəti və ona zəmanət sual altında olur. Bu məqamda saytlar yalnız vasitəçi rolunda olduqlarından hansısa problemlər yaranananda onları məsuliyyətə cəlb etmək mümkün olmur.

Hüquqşünas Asif Abdullayev deyir ki, keyfiyyət məsələsində əsas məsuliyyət məhsulu satanın üzərinə düşür və bu münasibətlər qanunvericiliklə tənzimlənir.

Hüquqşünasın sözlərinə görə hansısa məhsulu alanda satıcıdan mütləq qaydada arayış, akt və ya kiçik müqavilə tələb edilməlidir ki, sonradan problem yaşanmasın. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Elan saytlarından məhsul alarkən diqqətli olun!