"Qırmızı vərəqə Rəşada yox, hakimin özünə düşür"

22 ноября 2017 23:44

Day.Az представляет новость на азербайджанском языке

Çempionlar Liqasının qrup mərhələsinin V turunda evdə "Çelsi" ilə qarşılaşan "Qarabağ" 0:4 hesablı məğlubiyyətə üzlülüb. Day.Az apasport.az-a istinadən bildirir ki ki, görüşün nəticəsi ilə bərabər hakimin qərarları da geniş müzakirələrə səbəb olub. 

Xüsusilə, matçın 18-ci dəqiqəsində çempionumuzun qapısı ağzında Rəşad Sadıqovla Villianın mübarizəsi zamanı şübhəli penalti qərarı verən və kapitanı meydandan qovan Manuel De Souzanın hərəkəti birmənalı qarşılanmayıb.
 
Portuqaliyalı hakimin qərarı keçmiş FİFA referisi Tahir Süleymanovun də qəzəbinə səbəb olub. Azərbaycanlı keçmiş hakim feysbuk səhifəsindən verdiyi açıqlamada "qırmızı"nın Rəşada deyil, hakimin özünə verilməli olduğunu deyib: "Portuqaliyalı, sən Çempionlar Liqası deyil, heç həvəskar səviyyəsinə də layiq hakim deyilsən. Bu idarəçiliyə görə qırmızı vərəqə sənin özünə düşür!!!" 
Qeyd edək ki, oyunun 71-ci dəqiqəsində hakim komandamızın qapısına daha bir penalti təyin edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!