İki qohum avtomobillə vuruldu, vəziyyətləri ağırdır

Day.Az представляет новость на азербайджанском языке

Fevralın 19-u, saat 23.00 radələrində Balakəndə rayonun Talalar kənd sakini Tural Əliyev idarə etdiyi  "VAZ 21015" markalı minik avtomobili ilə yolu keçmək istəyən rayonun Tülü kənd sakinləri, 1968-ci il təvəllüdlü Rəfail Şamil oğlu İsayevi və 1989-cu il təvəllüdlü Rəşad Xəlil oğlu Haqverdiyevi vurub.

APA xəbər verir ki, nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA-ya verilən məlumata görə, onların müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. R.İsayev və R.Haqverdiyevin dayı-bibi uşaqları olduğu bildirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.