Bill Geyts canlı yayımda rüsvay oldu

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Microsoft korporasiyasının banisi və sahibi, dünyanın ən zəngin iş adamlarından biri Bill Geyts tanınmış teleaparıcı Ellen DiCenerisin teleşousuna qatılıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, 91,6 milyard dollarlıq varidatı olan 62 yaşlı B.Geyts zarafat sınağına məruz qalıb. İllərdən bəri adi supermarketə alış-verişə getməyən Bill Gets ABŞ-da populyar olan bəzi ərzaqların qiymətlərini deməli idi.

Düyü yeməkli qutunu Bill Geyts 5 dollar dəyərində qiymətləndirib. Halbuki bu yarımfabrikatın satış qiyməti 1 dollardır. Paltar yumaq üçün kapsulun qiymətinin 4 dollar olduğunu deyən Geyts studiyada gülüşlə qarşılaşıb. Tamaşaçılar onun "Kapsul daha bahalıdır" deyəndə Geyts "Hə, onda 10 dollar!" deyib. Ellenin yardımçısı kapsulun qiymətinin 20 dollar olduğunu göstərəndə milyarder xeyli təəccüblənib.

"Mən bu kapsula ən uzağı 10 dollar verərdim", - Geyts söyləyib.

Daha sonra o, supermarketlərdə qiymətlərin "çox ucuz" olmasına təəccüləndiyini, şouda rüsvay olduğunu deyərək gülüb.

Bill Geyts hər il xeyriyyə fəalliyyətinə milyardlarla dollar xərcləyib. İndiyədək o, 42 milyard pulunu xeyriyyəçiliyə xərcləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Билла Гейтса заставили угадывать цены на продукты