Sabahdan prezident seçkiləri ilə bağlı təşviqat başlayır

Day.Az представляет новость на азербайджанском языке

Sabahdan etibarən aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başlayır. Təşviqat prosesi kütləvi informasiya vasitələri ilə, seçicilərlə görüş və məlumat materiallarının yayılması yolu həyata keçiriləcək. Təşviqat kampaniyası aprelin 10- da dayandırılacaq.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, sabahdan prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına start verilir.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır.

Təşviqat prosesi Kütləvi İnformasiya Vasitələri ilə 2 üsulla həyata keçirilə bilər.

Sabah Mərkəzi Seçki Komissiyasında ödəşsiz efir bölgüsü ilə əlaqədar püşkatma keçiriləcək. Digər üsul isə çap materillarının yayılmasıdır.

Təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-u saat 08:00-da dayandırılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sabahdan prezident seçkiləri ilə bağlı təşviqat başlayır