Bakı metropoliteni işçilərinin peşə bayramı günü dəyişdirilib

Prezident İlham Əliyev "Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.

İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.