İnsan alverçilərinə hökm oxundu

Day.Az представляет новость на азербайджанском языке.
 

Lənkəran şəhər Məhkəməsində qadınları fahişəliyə cəlb etməkdə ittiham olunan Sevda Hüseynova və Tükəz Abdullayevanın məhkəməsi başa çatıb.
 

Day.Aza məhkəmədən verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Sevda Hüseynova 3 il 4 ay, Tükəz Abdullayeva isə 3 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.
 

İttihama görə, Lənkəran şəhər sakini Sevda Hüseynova əxlaqsızlıq yuvaları saxlamaq məqsədilə tanışı Tükəz Abdullayeva ilə cinayət əlaqəsinə girib. Onlar Lənkəran şəhəri Sahil küçəsində mənzillərdən birini kirayəyə götürərək, 2011-ci ilin sentyabrından tanışları Gəncə şəhər sakini X. M. və Bakı şəhər sakini Ə. H. həmin mənzilə giriblər və orada kişilərlə görüşlərini təşkil ediblər. Hər iki qadın müştərilərlə 20 manata görüşüblər. Pulları isə Sevda Hüseynova yığıb.