https://news.day.az/society/523401.html
Dövlət xəstəxanasında acınacaqlı mənzərə

Day.Az представляет новость на азербайджанском языке.
Həkim kreditə tibbi avadanlıq alır və pulunu xəstələrdən yığır.
Özəl iklinikalarda isə pasiyentləri rəsmən soyurlar.
Son vaxtlar yaxınlarımla bərabər getdiyim bir neçə səhiyyə ocağında müşahidələrimi qələmə almaq qərarına gəldim. Müqayisə etməyəcəm, sadəcə real mənzərəni çatdırmağa çalışacam. Anamı tibbi müayinədən keçirmək üçün qeydiyyatda olduğu 38 saylı dövlət poliklinikasına götürdüm. Sahə həkimi Səadət Məmmədovanın göndərişi ilə bir-bir şöbələrə getdik. Əvvəlcə iki növ qan analizi verildi. Sonra kardioloq axtarışına çıxdıq. Saat 11-i keçsə də, hələ ki, həkim işə gəlməmişdi. Tibb bacısı gec olacağını əsas gətirib bizi digər kardioloqun yanına göndərdi. Məlum oldu ki, bu həkim də məzuniyyətdən qayıtmayıb.
Foyedə xeyli gözlədik. Saat 12 oldu, həkim isə gözə dəymirdi. Mən bildiyimə görə poliklinikalarda iş səhər saat 9-dan başlanır. Burada isə günortaya az qalırdı, həkim isə Allah bilir, harada qalmışdı. Bir müddət sonra tibb bacısına yaxınlaşıb həkimin nə vaxt gələcəyi ilə maraqlandım. Səbrimin tükəndiyini görüb elektrokardioqramı özü çıxartmaq qərarına gəldi. Nəticə kompüterdən çıxandan sonra isə dedi ki, 5 manat verəcəksiniz. Sanki, brend mağazadan endirimdə olan T-shirt almışdım, pulunu ödəmək isə yaddan çıxmışdı, onu mənə xatırladırdı.
Sakitcə pulu verib ədəb-ərkanla ödəniş etdiyimi təsdiqləyən qəbzi gözlədim. Kabinetdə kassa yox idi, amma yenə də ümid elədim ki, ortada qanunsuz heç nə yoxdur. Çek verilmədi, onda mən onu dilimlə istədim. Tibb bacısı Aybəniz xala dedi ki, çek yoxdur. Dedim, çek verin, nə qədər pul istəyirsiniz, məndən alın. O isə bu barədə həkimlə danışmağı tövsiyə etdi: "Nə edim, mənə deyiblər ki, belə elə. Sizə doktorun mənə dediyi sözü deyirəm. Siz də sözünüz varsa, doktor gələndə onun özünə iradınızı bildirin".
Bu aparatın xərci 200 pasiyentin dərisindən çıxacaq
Tibb bacısı pulu elektrokardioqramın altına qoydu. Yəni ki, "siz də şahidi olun, pul mənlik deyil". Onun tövsiyəsinə qarşılıq mən də məsləhət bildim ki, "qoyun doktor ona lazım olan məbləği özü istəsin, sizi başqalarına ağız açmağa təhrik etməsin. Pul ona lazımdırsa, özü istəməlidir. Əks halda onun cəzasını siz çəkərsiz". O, isə "mən də deyəcəm ki, nə deyiblər, mən də xəstələrə onu çatdırıram", deyib özünə haqq qazandırmağa çalışdı.
Elektrokardioqramın qiyməti ilə maraqlandım. Tibb bacısı dedi ki, öz qiyməti 800 manatdır, həkim kreditlə 1000 manata alıb: "Biz bir müddət xəstəxanada işləmişik. Aparat dövlətin idi, amma müasir standartlara cavab vermirdi, onunla işləmək çətindi. Bir xəstənin ürəyinin kardioqramını çıxartmaq üçün qan-tərə batırdıq. Deyirdilər, "olan budur, xoşunuz gəlir işləyin, gəlmirsə, gedə bilərsiz". Həkim də bezib özü təzə aparat aldı. Bunun da lenti bahadır, bir qutusu 35 manatdır. Ona görə də çətinlik yaranır".
Beynimdə kiçik bir hesablama apardım. Aparatın pulunu tez bir zamanda çıxartmaq üçün əgər həkim hər pasiyentdən 5 manat tələb edərsə, ümumilikdə 200 pasiyentdən pul yığdığı təqdirdə krediti ödəmiş olar. Doğrusu, soruşmadım ki, kredit tam ödənib, ya yox, amma maraqlıdır ki, görəsən, həkim elektrokardioqramın pulunu çıxarıb artıq qazanca işləyir, yoxsa hələ də ziyandadır? Üstəlik, lentə də pul xərcləyir. Xəstəxana ona lazım olanları vermir. Baxmayaraq ki, bütün xəstəxanaların avadanlıq və preparatlarla təchizatı üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait nəzərdə tutulur. Həkim isə lentin pulunu cibindən ödəyir. Bilmədim onu qınayım, yoxsa halına yanım.
Aldıqları "ianə"ni geri verdilər
Yaşlı bir qadın onu qəbul etmədiklərindən gileyləndi. Qadın şikayətləndi ki, "cavanları içəri ötürürsüz, mən isə bayaqdan bayırda gözləyirəm". Tibb bacısı onun da ürəyinin kardioqramını çıxartdı. Müayinənin cavablarını pasiyentə vermədi, dedi "gedib digər analizlərini də versin, sonra qayıdıb bu kabinetə gəlsinlər". Xala bir az ağır eşitsə də, arif idi, tibb bacısının niyyətini anlamışdı, "nə sözünüz varsa, gəlinə yox, mənə deyin" dedi. Tibb bacısı isə artıq bizim yanımızda pul istəməyə ürək eləmədi. Onları şirin dillə yola saldı. Amma "gedin, həkim burada olanda gələrsiz", deməyi də unutmadı.
Terapevt-kardioloq Fatimə Qasımova gələndən sonra tibb bacısı ona vəziyyəti danışdı. Dedi ki, "pasiyent 5 manatı verib, amma statusu var". Soruşdu ki, pulu ona qaytarsın, ya yox. Həkim də gözünün ucu ilə pula baxıb "istəyirsə, qaytar" dedi və tibb bacısı buna əməl elədi. İçimdəki tərəddüdlərlə verdiyim pulu geri alıb, üstəlik, hər ikisinə təşəkkür də elədim. Ona görə tərəddüdlüydüm ki, həkimə yardım edib-etməməyi düşünürdüm. Bəlkə də, krediti ödəməsi üçün ona mənim köməyim lazım idi, 5 manatla olsa da. Amma anamı sakitləşdirmək üçün bunu eləmədim. O da yaxın vaxtlara qədər tibb işçisi olub və fikirləşir ki, ona hər yerdə həmkarları həssas davranmalı, ilk növbədə sağlamlığı ilə maraqlanmalı, cibinə göz dikməməlidirlər. Necə ki, özü pasiyentlərlə belə davranıb.
Rentgen kabinetində çox gözləməsək də, burada da həkim yox idi, məzuniyyətə getmişdi. Ehtiyat həkim də gözə dəymirdi. Pasiyentləri tibb bacısı yola verirdi. Amma rentgenin nəticəsi ortaya çıxanda həkim olmadığına görə tibb bacısı heç bir məlumat vermədi, gələn həftə gəlməyi tövsiyə etdi. Burada pula işarə olmasa da, həkimlə görüşmədən də nəticələri ala bilmədik. Mənim istəyimlə cavabı sahə həkiminə göndərəcəyini desə də, sonradan tibb bacısı bunu da etməmişdi. Müayinəni aparan tibb işçisindən nəticəni onsuz da soruşmuşdum, bir problem olmadığından mən də israr etmədim.
Laboratoriyada verilən 2 növ analizlə bağlı heç bir əngəllə qarşılaşmadıq. Amma sahə həkiminin sözlərinə görə, burada stomatoloji kabinet özəl kimi fəaliyyət göstərir. O, özü belə xidmətdən pulsuz yararlanmır. Bundan başqa, müayinə üçün vacib olan tibbi avadanlıqların çoxu poliklinikada yoxdur, olanlar isə ödənişlidir. İstəsək, onlara da göndəriş yazacaqmış. Amma S.Məmmədova pula, "hörmət"ə kiçicik də olsa, işarə vurmadı. Əksinə, pasiyentlə olduqca şəfqətli davrandı, mənim xahişimlə bahalı firma dərmanları yox, effektli preparatları, bir də faydalı bildiyi ərzaq məhsullarını məsləhət gördü. Xanım özünün "faiz"ə işləmədiyini dedi.
Balacalar üçün poliklinikada böyüklər müalicə alır
Növbəti dayanacağım yenə də dövlət müəssisəsi olan 4 saylı uşaq poliklinikası idi. Saat 14.30 olardı. Stomatoloji kabinetin qapısı bağlı idi. Bir xeyli gözlədik. Tibb bacısı gəlib çıxdı, həkim Ədalət İbrahimovun saat 16.00-dan sonra olacağını dedi. Getdik, səhəri günü 1-ci növbə üçün gəldik. Bu dəfə kabinetin qaşısında uzun bir növbə vardı. Dedilər, həkim yarım saat əvvəl gəlib, yanında xəstəsi var. Başını içəri salıb baxan qadınlar bildirdilər ki, pasiyent uşaq deyil, iki qadındır. Biz gələndən sonra da 1 saat gözlədik.
O arada gələnlərin və növbədə gözləyənlərin sayı durmadan artırdı. Həkim də gec təşrif buyurmuşdu. İçəridəki qadınların işi xeyli sürdü. Növbədə gözləyənlər arasında da uşaqlardan başqa, böyüklər də vardı. İşdən sonra özəl klinikada çalışan həkim burada da "özəl xəstələr" qəbul edirdi. Təbii ki, pullu. Mənim iki dəfə poliklinikaya gedişimdə hər iki halda həkim işə lazım olduğundan gec gəlmişdi. Ümumiyyətlə, müşahidələrimə görə bəzi həkimlər özəl klinikadakı işlərinə daha çox məsuliyyətlə yanaşırlar.
Əlqərəz, mənim bu uzun növbələrə, həkimin gecikmələrinə, pasiyentlərinin yaşına fikir vermədən böyükləri uşaqlardan əvvəl qəbul etməsinə tamaşa etməyə səbrim çatmadı. Növbəti dəfə uşaqlar anaları ilə gedəndə tibb bacısı valideynə açıq şəkildə deyib ki, həkim bütün lazım olan dərmanları öz vəsaiti hesabına satın alır, xəstəxana ona heç nə vermir. Bu səbəbdən plomb 30 manata başa gəlir. Tibb bacısı bu şəkildə gənc anaya izah etməyə çalışıb ki, gələn dəfə əliboş gəlməsin. Ana da ümumiyyətlə söhbətigedən poliklinikaya bir daha getməyib, nə əlidolu, nə də əliboş.
Nəticəyə yox, xəstənin cibinə hesablanmış "üsul"
Mehriban 2 ildir xəstəxanalara ayaq açıb. İlk həkimi "AzTürkMed"in baş həkimi Ersadik Turan olub. Həkim xanımın uşaq sahibi olması üçün 5500 manatdan əlavə 1600 manatlıq "yüngül" əməliyyata ehtiyacı olduğunu bildirib. Təkcə pula görə yox, həm də onun bədəninin hansısa "artıq" bir üzvünü kəsməyi planlaşdıran həkimdən qorxub, o qaçan qaçıb: "Katibəsini öyrətmişdi, "bazarlığı" o edirdi. Mənə insan kimi yox, bank kimi baxırdılar. Onlara daha asan və daha çox gəlir gətirdiyi üçün normal doğuşdan çox, süni mayalanmaya üstünlük verir, özlərini çətinə salmırlar. Söhbət etdiyim qadınlar da elə bu üsulla uşaq dünyaya gətirəcəklərini deyirdilər".
Sonradan üz tutduğu həkimlərdən heç biri onun əməliyyata ehtiyacı olduğunu deməyib. Halbuki, dəfələrlə müxtəlif növ analiz verib, ultrasəs müayinədən keçib. 10 saylı poliklinikada Minayə Əbdülkərimova da onu müalicə edib. M.Əbdülkərimova türk həkimin yazdığı dərmanı inkar edib, onun xərçəng yarada biləcəyi barədə xəbərdar edib, bir daha istifadə olunmaması tövsiyəsini verib. Həkim pasiyentində ciddi bir xəstəlik və ya problem aşkarlamayıb: "Bu həkimdən o qədər də şikayətli olmasam da, firma dərmanları çox yazırdı. Dərman preparatlarını mənə mərhələ-mərhələ aldırırdı. Hamısı da bahalı. Halbuki, son reseptdəkiləri lap əvvəldən yaza bilərdi ki, daha effektli olsun. Sonradan ona da güvənmədim. Tez-tez məni diaqnostikaya göndərirdi. Həm də öz işlədiyi mərkəzə. Oradan da faiz marağı olduğu məlum idi. Lakin elədiyi müalicənin nəticəsi olmadı. Əlbəttə, bir həkim ki, müalicəni nəticəyə yox, öz cibinə hesablayır, onun gördüyü işin effekti olmaz. Hər şeydən əvvəl səhəttimi düşünüb bu dəfə də həkimi dəyişdim. İndi Dövlət Dəmiryolu Xəstəxanasının həkimi Teymur Ələkbərovun pasiyentiyəm. Cənab Ələkbərov mənə nə süni mayalanmadan söhbət açıb, nə əməliyyat olunmağımın labüdlüyünü bəyan edib. Elə çox dərman da yazmır. Minayə xanım mənə hər reseptdə 100-120 manatlıq dərman yazırdısa, Teymur həkimin yazdığı dərmanlar 40-50 manatdan çox tutmur. Özü də pasiyenti yormur, müalicəni yazıb vaxt təyin edir. Hər dəqiqəbaşı ultrasəs aparatına, analizlərə göndərmir. Halbuki, türk həkim iki həftədə məni iki dəfə ultrasəs aparatına göndərmişdi. Hər dəfə də 25 manat ödəmişdim. Guya ki, mən dərhal hamilə qalmışdım və ya qalacaqdım, nəticəni bilməyə çalışırdı. Teymur həkimin pasiyentlərlə də münasibəti mülayimdir. Sizi yaxşıca dinləyir, tövsiyəsini verir. Hər kəslə individual maraqlanır. Bundan başqa, onun müalicə etdiyi qadınlar tanıyıram ki, indi ana olub. Ultrasəs müayinəsinə göndərəndə poliklinika seçimimə də qarışmadı, mənim ixtiyarıma buraxdı. Sadəcə son analizləri "Medical Plaza"da verməyimi istədi, ora güvəndiyini dedi. Etiraf edim ki, Azərbaycanda müayinə xərcləri həqiqətən də çoxdur. Təkcə qanın prolaktin, ümumi testosteron, FSH, LH, DHEA-SO4 laborator analizləri 85 manata başa gəldi. Bu azmış kimi, rəqəmə əlavə dəyər vergisi də hesablamışdılar. Sanki qanunvericiliyə əməl edirlər. Sonradan onun qəbzini də özüm istəyib aldım, yoxsa ödəniş çeki vermək ağıllarına da gəlmirdi. Dövlət müəssisələrində pulu bizdən qeyri-rəsmi "çıxarırlar"sa da, özəl klinikalarda adamı rəsmən soyurlar".
"Bizim Yol" qəzeti

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре