"Mexaniki", yoxsa "avtomat" sürət qutusu daha üstündür?

Day.Az представляет новость на азербайджанском языке
Üç məqama sonsuz baxmaq olar: alov necə yanır, başqaları necə işləyir, nəhayət, "mexanika" və ya "avtomat" sürət qutuları tərəfdarları necə mübahisə edirlər? Axırıncıların qarşıdurması artıq illərdir davam edir.
"Mexanika" "avtomat"la müqayisədə mexanizminə görə daha sadədir. Buna görə də, "mexanika"da olan avtomobil analoji, lakin "avtomat"la olan qardaşından ucuzdur. Ancaq birinci, insanın hərəkət prosesində aktiv iştirakını nəzərdə tutur.
Kəpəz TV (Region TV) xəbər verir ki, əgər "mexanika"nı təcrübəsiz sürücü "əlinə keçirərsə", ən möhkəm qutunu belə məhv etmək onun üçün problem olmaz.
İntiqam Babaxanov- avtomobil ustası: "Sürməkdən asılıdır, əyləcdən çox istifadə etmək olmaz. Ötürücü ilə hərəkəti dəyişib sürəti azaltmaq lazımdır. Əgər üçüncü ötürücü ilə gedirsinizsə, sürət almaq üçün 2-yə keçirib, sürəti azaldırsınız".
Göründüyü kimi, "mexanika"nın yalnız təcrübəsiz sürücülərə problem yaratmaq imkanı var. Lakin "avtomat"ın tərəfdarları iddia edirlər ki, mexaniki transmissiya köhnədənqalma aqreqatdır. Əgər ağıllı və zəhmətkeş, eyni zamanda hər şeyi özü edən köməkçi varsa, niyə özümüzü gərginləşdirək?
İntiqam Babaxanov: "Bunun özəlliyi həm yaşlılar, həm də cavanlar üçün çox münasibdir. İş prinsipləri belədir ki, o, bir ayaqla idarə olunur və vaxtlı-vaxtında yağını dəyişmək əsas tələblərdəndir. Sürət qutularının növündən asılı olaraq, müəyyən müddətdən sonra yağı dəyişmək lazımdır".
Avtomatik transmissiyanın konstruksiyası detal və birləşdiricilərin çoxluğu hesabına daha mürəkkəb quruluşa sahibdir. Buna görə də, ASQ bütün mənalarda bahalıdır: həm istismarda, həm təmirdə, həm də istehsalda. Lakin o, şəhər şəraitində daha rahatdır. Üçüncü pedalın varlığı və pillələrin hər dəfəsində keçirilməsinə görə narahat olmağa dəyməz. O, özü pillələri keçirir və uyğun olaraq, mühərriki tam "öldürmək" ehtimalı sıfıra düşür. Lakin "avtomat" mexanizmin mənfi xüsusiyyətləri də çoxdur. Bu kateqoriyaya, ilk növbədə, bahalı xidmət və təmiri aid etmək olar. İkinci, yüksək yanacaq sərfiyyatıdır. Bəs sürücülərə görə ən yaxşı sürət qutusu hansıdır?
MSQ və ASQ tərəfdarları nə qədər mübahisə etsələr də, bu mübahisədə haqlı və haqsız tərəf ola bilməz. Kiməsə avtomobil üzərində tam nəzarət və "drayv" hissi vacibdir, digərinə isə komfort və sadəlik. Hələlik "mexanika" daha praktik görünür. Lakin texnika yerində durmur və "avtomat"lar müntəzəm şəkildə daha etibarlı və qənaətcil olur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре