Enrike İqlesiasin Bakıdakı konsertindən yeni görüntülər

Day.Az представляет новость на азербайджанском языке

2016-cı il "Formula 1" Avropa Qran Prisi çərçivəsində dünya musiqisinin ən məşhur ulduzlarından biri Enrike İqlesiasın Bakıda möhtəşəm konserti keçirilib.

"Latın Pop Musiqisinin Kralı" kimi tanınan ispan əsilli müğənni səhnədə özünün "Hero", "Bailamos" və "I Like It" kimi məşhur hitlərini səsləndirərək şəhərimizin qonaqlarına unudulmaz gecə yaşadıb. Onun konsertləri həmişə yüksək səviyyədə keçirilir və bu dəfə də belə oldu.

Aparıcılığını şoumen Murad Dadaşovun etdiyi tədbirdə əsl bayram ab-havası yaşanıb

Müğənni səhnəyə çıxar-çıxmaz "Salam Bakı, mən sizi sevirəm" deyərək ilk mahnısını səsləndirdi.

Enrike ikidilli  "Sex + Love" albomunu təqdim etdi. Daha sonra o "Hero, "Dirty Dancer", "Rhythm Dinine", "Bailamos", "I Like It" kimi məşhur mahnılarını ifa etdi.

"Enrike İqlesias çalışırdı ki, bütün fanatlarına diqqət yetirsin və hər kəs ondan məmnun olsun". 

Konsertdə iştirak edən gənc xanım Sevda Kazımova xoş təsuratlarını Day.Az-la bölüşdü: "Hər şey çox gözəl təşkil edilmişdi. Heç ağlıma belə gəlməzdi ki, Enrike İqlesiasi Bakıda bu qədər sevənləri var. Fikrimcə Azərbaycanda bu tipli yarışlar və tədbirlər daha çox keçirilməlidir. "Formula 1" Azərbaycanı dünyaya tanıdacaq. Enrike çox səmimi görünürdü və çalışırdı ki, hər kəs ondan razı qalsın". - deyə xanım iştirakçı bildirdi

Xəyal Yaşar

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.