Türkiyədə hərbçilərə hücum olub, yaralılar var

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin Hakkari vilayətinin cənub-şərqində Şəmdinli rayonunda PKK terrorçuları ilə hərbçilər arasında baş verən atışmada 4 hərbçi yaralanıb.

Trend bu barədə Anadolu agentlyinə istinadən xəbər verir.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar helikopterlə Hakkari vilayətinin dövlət xəstəxanasına gətiriliblər.

Məlumatda qeyd olunur ki, PKK terrorçularının həbs olunması üçün regionda havadan dəstəklə əməliyyata başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.