Səhər günə başlamaq üçün nə içməli?

Day.Az представляет новость на азербайджанском языке

Mütəxəssislər səhər yeməyi vaxtı bir fincan qəhvə və ya qara çay içməyi məsləhət görür. Qəhvə və çayın tərkibində sinir sistemini oyadan maddələr var. Bu içkilər bədənə sürətlə enerji verir, zehni açır və diqqəti artırır. Bundan əlavə, metobolizmi yəni maddələr mübadiləsini tezləşdirir. Səhər saat 10 - 11 arasında isə bir stəkan təzə tərəvəz şirəsi və ya süd içilməsi məsləhətdir. Çünki bu saatlarda vücudun su rezervi azalır, qanda şəkərin miqdarı düşür, yorğunluq yaranır. Bu zaman qəbul edilən tərəvəz şirələri bədənin itirdiyi vitaminlər və mineral duzları bərpa edir. Süddə olan maddələr də eyni vəzifəni həyata keçirir. Evdə olarkən tərəvəz suyu hazırlamaq asandır. Ancaq iş şəraitində südə üstünlük vermək məsləhətdir.

milli.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.