Məşhur futbol şərhçisi Fatih Terimə Azərbaycanı nümunə göstərdi

Day.Az представляет новость на азербайджанском языке

Milli komandamızın DÇ-2018-in seçmə mərhələsində Norveçə qalib gəlməsi (1:0) Türkiyədə də əks-səda doğurub.

Day.Az qol.az-a istinadən xəbər verir ki, Türkiyə mediasında komandamızın Norveçi Bakıdan məğlub yola salması haqda müxtəlif yazılar dərc olunub.

Beyaz futbol verilişində isə türkiyəli sabiq FİFA referisi, idman şərhçisi Ahmet Çakar millimizin qələbəsindən bəhs edib. O, Türkiyə millisinin İslandiyaya uduzmasını (0:2) kəskin tənqid edərək, yığmamızın iki oyuna 6 xal toplamasını nümunə göstərib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Məşhur futbol şərhçisi Fatih Terimə Azərbaycanı nümunə göstərdi