Yardımlının bir fotoya görə məşhurlaşan müəlliminə BÖYÜK SÜRPRİZ

Day.Az представляет новость на азербайджанском языке

"Aztelekom" MMC son zamanlar sosial medialarda nəcib əməli ilə müzakirə olunan Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovu kompüter dəsti və sürətli, pulsuz internetlə təmin edib.

Day.Az Publika.az-a istinadən xəbər verir ki, N.Məhərrəmova ilin sonuna qədər internetdən pulsuz istifadə imkanı yaradılıb.

21 ildir sözügedən kənddə müəllim işləyən N.Məhərrəmov "Aztelekom" MMC-nin xidməti ərazisində yaşayır. Vətənpərvər müəllimə "Aztelekom" MMC-nin hədiyyəsi təqdim olunub.

"Aztelekom" MMC-nin Baş direktorunun müşaviri Elçin Cabbarov bildirib ki, müəllimin bu xeyirxah əməli gələcək nəslin tərbiyəsində mühüm rol oynayacağına inanırıq: "Bizim təqdim etdiyimiz bu hədiyyə sayəsində müəllim şagirdlərə əlavə olaraq internet üzərindən də məşğələlər keçə bilər. Bu kimi nəcib davranışlar digər bölgələrdə də olarsa, biz dəstəyimizi verməyə hazırıq", - deyə E.Cabbarov bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.