Sumqayıtda 2 otaqlı ev yanıb: 1 nəfər ölüb

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

igər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.