Tərtərdə hərbçi yol qəzasına düşdü Day.Az представляет новость на азербайджанском языке.

Tərtərdə biri hərbiçi olmaqla iki nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Tərtər rayonunun Hüsənli kəndi ərazisində qeydə alınıb. 59 BE 352 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik maşını ilə 10 OM 397 dövlət nömrə nuşanlı "VAZ 2107" markalı maşın toqquşub.

Nəticədə "VAZ 2106"nın sürücüsü Bərdə Mərkəzi Rayon Xəstəxanasına, ikinci maşının sürücüsü isə "N" saylı hərbi hospitala çatdırılıb. "VAZ 2107"nin sürücüsünün hərbiçi olduğu bildirilir. Yaralıların şəxsiyyəti haqda dəqiq məlumat yoxdur.

Hadisənin sürət həddini aşması üzündən törəndiyi bildirilir.

Xatırladaq ki, dekabrın 19-u axşam saatlarından etibarən bölgədə dumanlı hava şəraiti hökm sürür.