Kursantlar and içdi - VİDEO Day.Az представляет новость на азербайджанском языке:

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yeni daxil olan kursantlar and içiblər, ANS PRESS xəbər verir.

ANS TV-nin məlumatına görə, kursantların andiçmə mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Dövlət himninin səsləndirilməsindən sonra kursantlar vətənə sədaqət andı içdilər.

Daha sonra hərbi məktəbə daxil olan gənclər hərbi marşın sədaları altında tribuna önündən keçid etdilər.

And içən kursantlar hərbin müxtəlif istiqamətləri üzrə bilikləri məhz burda əldə edəcək və orduya yararlı zabit kimi yetişdiriləcəklər.

"Ali hərbi məktəbə yeni daxil olan kursantla r əsasən üç - dənizçilik, hava və quru qoşunları sahəsində təhsil alaçaqlar. Ötən illərlə müqayisədə bu il hərbi təhsil müəssisələrinə müraciət edən gənclərin sayı artıb" - deyə şəxsi heyətlə iş üzrə müavin İsmət Kərimov bildirib.

Kursantlar arasında bu yüksək əhval-ruhiyyəni və vətənpərvərlik hissinidə aydın duymaq mümkündür,

Kursant İlkin Əliyev dövlətinə və vətəninə qulluq etdiyim üçün fəxr edir.

Kursant Azay Abbasov isə təhsilini bundan sonra aviasiya mühəndisi ki, davam etdirəcək, arzusi isə gələcəkdə pilot mühəndisi olmaqdır.

Təntənəli andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüşə start verildi.
Нажмите на видео для просмотра:

фото