32 il əvvəl itkin düşən şəxsin nəşinin qalıqları Ağdamda dəfn edildi - FOTO

Şəhid Məhəmməd Mirzəyevin nəşinin qalıqları Ağdamda dəfn edilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, şəhidin yaxınları, rayon ictimaiyyəti və sakinləri iştirak edib.
xxx
13:09
Şəhid Məhəmməd Mirzəyevin nəşinin qalıqları dəfn olunması üçün Ağdama gətirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, 1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ müharibəsi şəhidi, Ağdam rayon Güllücə kənd sakini, 1967-ci il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Mirzəyevlə vida mərasimi keçirilir.
Vida mərasiminə onun ailəsinin müvəqqəti məskunlaşdığı rayonun Dörd yol - 2 qəsəbəsindəki evdən başlanıb. Rəsmi vida mərasimi isə rayonun Quzanlı qəsəbəsi Dövlət Dram Teatrının binasında keçiriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре