https://news.day.az/azerinews/1760708.html
İran bütün uçuşların ləğvini iyunun 16-sı saat 02:00-a qədər uzadıb
İran hakimiyyəti ölkə daxilində və beynəlxalq istiqamətlərdə bütün uçuşların ləğvini iyunun 16-da yerli vaxtla saat 02:00-a qədər uzatmaq qərarına gəlib. Day.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
İran bütün uçuşların ləğvini iyunun 16-sı saat 02:00-a qədər uzadıb

İran hakimiyyəti ölkə daxilində və beynəlxalq istiqamətlərdə bütün uçuşların ləğvini iyunun 16-da yerli vaxtla saat 02:00-a qədər uzatmaq qərarına gəlib.
Day.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilib ki, İranın Mülki Aviasiya İdarəsi bununla bağlı aviasiya üçün xəbərdarlıq sistemi olan NOTAM-ın qüvvədə olma müddətini müvafiq olaraq artırıb.
İran hökumətinin nümayəndəsi Fatimə Mohacerani qeyd edib ki, hazırda ölkə daxilində sərnişin daşımaları əsasən dəmir yolu və avtomobil nəqliyyatı ilə həyata keçirilir: "Ərzaq, dərman, yanacaq və digər zəruri məhsulların daşınmasında hər hansı problem yoxdur", - deyə o vurğulayıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре