https://news.day.az/azerinews/1823356.html Cəbrayıl və Zəngilanda bayram namazı qılınıb Zəngilan şəhər məscidində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki məsciddə müqəddəs Ramazan bayramı münasibətilə bayram namazı qılınıb. AZƏRTAC xəbər verir ki, səhər saatlarında hər iki məsciddə azan səsləndirilib, möminlər ibadət ocaqlarına toplaşaraq bayram namazını birlikdə icra ediblər.

Cəbrayıl və Zəngilanda bayram namazı qılınıb

Azərbaycanca, 20 марта 2026 12:07 (UTC +04:00) 312
Cəbrayıl və Zəngilanda bayram namazı qılınıb

Zəngilan şəhər məscidində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki məsciddə müqəddəs Ramazan bayramı münasibətilə bayram namazı qılınıb.

AZƏRTAC xəbər verir ki, səhər saatlarında hər iki məsciddə azan səsləndirilib, möminlər ibadət ocaqlarına toplaşaraq bayram namazını birlikdə icra ediblər.

Namazdan sonra dualar oxunub, Uca Allahdan ölkəmizə sülh, əmin-amanlıq və firavanlıq arzulanıb. Eyni zamanda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Bayram namazında iştirak edən sakinlər bir-birini Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını bölüşüblər.

Qeyd edək ki, Ramazan bayramı respublikanın digər bölgələrində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də yüksək ruh yüksəkliyi ilə qeyd olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости