https://news.day.az/azerinews/1823357.html Xətaidə kanalizasiya çöküb, evləri su basıb - VİDEO Xətaidə kanalizasiya kollektorunun çökməsi nəticəsində evləri su basıb. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Xətaidə kanalizasiya çöküb, evləri su basıb - VİDEO

Azərbaycanca, 20 марта 2026 12:13 (UTC +04:00) 297
Xətaidə kanalizasiya çöküb, evləri su basıb

Xətaidə kanalizasiya kollektorunun çökməsi nəticəsində evləri su basıb.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

 

Qeyd olunub ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda subasmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости