https://news.day.az/azerinews/1830583.html Doqquzuncu sinfə qədər uşağın nə işlə məşğul olduğu heç kimin vecinə olmur - DİM sədri Otuz il ərzində proqramda olmayan bir məsələ göstərə bilməyiblər. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə bildirib.

Doqquzuncu sinfə qədər uşağın nə işlə məşğul olduğu heç kimin vecinə olmur - DİM sədri

Azərbaycanca, 27 апреля 2026 11:50 (UTC +04:00) 251
Doqquzuncu sinfə qədər uşağın nə işlə məşğul olduğu heç kimin vecinə olmur

Otuz il ərzində proqramda olmayan bir məsələ göstərə bilməyiblər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, repititor və ekspertlər biznes maraqlarına görə etirazlar yaradır:

"Doqquzuncu sinfə qədər uşağın nə işlə məşğul olduğu heç kimin vecinə olmur. Sonra isə repititor və kursların biznes maraqları işə düşür.

Buraxılış imtahanının martda keçirilməsinə müəllimlər, repititorlar etiraz edir. Deyirlər ki, proqram tam bitməyib. Buraxılış imtahanında biz proqramı yox, şagirdin oxuyub-anlama, keyfiyyətlərini yoxlayır. Qalan iki ayın mövzularını bu imtahana daxil etmirik. Amma repititorlar martda dərslər dayanmasın deyə belə narazılıqlar yaradır. Bu yeni imtahan modeli ilə bağlı gələn il yenə müxtəlif ekspert və repititorların narazılıqları başlayacaq. Biz gözləyirik", o, qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости