https://news.day.az/azerinews/1831561.html Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir - Əhməd İsmayılov WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.

Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir - Əhməd İsmayılov

Azərbaycanca, 1 мая 2026 10:41 (UTC +04:00) 288
Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir

WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılışı zamanı bildirib.

"COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut etdi ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir. İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq.

Heydər Əliyev Fondunun təşəbbüsləri sayəsində İçərişəhər və Qız qalası kimi nadir incilərimiz UNESCO-nun Dünya İrsi Siyahısında layiqli yerini möhkəmləndirib. Paytaxtımızın müasir simasına çevrilən möhtəşəm mədəniyyət mərkəzləri və ictimai parklar məhz bu nəcib yanaşmanın və milli mədəniyyətimizə olan yüksək qayğının nəticəsidir", - deyə o, bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости