Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıb

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, parlamentin bugünkü plenar iclasında qərarın qəbul edilməsi üçün komissiya yaradılıb.

Milli Məclisin bir qrup deputatı komissiyanın tərkibinə daxil edilib.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov qərarın mətnini oxuyub.

Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılıb.

Avronest Parlment Assambleyasınında üzvlüyünə xitam verilməsi ilə bağlı proses başladılacaq.

Qərar layihəsi müzakirələrdən sonra səsə qoyularaq yekdilliklə qəbul edilib.

11:37

XXX

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, parlamentin bugünkü plenar iclasında qərarın qəbul edilməsi üçün komissiya yaradılıb.

Komissiyanın tərkibi aşağıdakı kimidir:

Ziyafət Əsgərov
Fazil Mustafa
Mübariz Qurbanlı
Tahir Mirkişili
Tural Gəncəliyev
Jalə Əliyeva
Səbinə Xasayeva