https://news.day.az/azerinews/1834013.html Bu tarixdən məktəblər ONLAYN TƏHSİLƏ KEÇƏCƏK Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant (məsafədən) formada...

Bu tarixdən məktəblər ONLAYN TƏHSİLƏ KEÇƏCƏK

Azərbaycanca, 13 мая 2026 11:18 (UTC +04:00) 290
Bu tarixdən məktəblər

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant (məsafədən) formada keçiriləcək.

Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Məlumata görə, Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər "Rəqəmsal məktəb" platforması üzərindən tədris olunacaq.

Müəllimlər şəxsi kabinetlərindəki "Microsoft" alətləri bölməsi vasitəsilə "Teams" platformasına keçid edərək dərs cədvəllərini hazırlaya bilərlər.

Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости