https://news.day.az/azerinews/1834473.html “AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar "AYNA MaaS" mobil tətbiqinə yeni funksiya əlavə olunub.

“AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub

Azərbaycanca, 15 мая 2026 10:07 (UTC +04:00) 244
“AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub

17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar "AYNA MaaS" mobil tətbiqinə yeni funksiya əlavə olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Day.Az-a verilən məlumata görə, qonaqlar və tədbir iştirakçıları tətbiqdə "WUF13" funksiyasını aktivləşdirməklə sessiyanın keçiriləcəyi günlərdə səyahətlərini daha asan və rahat edə bilərlər.

İstifadəçilər xəritədə xüsusi "WUF13" dayanacaqlarını görə və seçdikləri dayanacaqlar üçün avtobusların gəliş vaxtlarını real zaman rejimində izləyə bilərlər.

Həmçinin, "Gedəcəyiniz yer" bölməsində "Bakı Olimpiya Stadionu"na daxil olaraq məkana səyahəti planlaşdırmaq mümkündür.

Ətraflı məlumat üçün təlimat videosu təqdim olunur:

https://www.youtube.com/shorts/kJV9DEKjk-w

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости