Liviya daşqınlar və müharibələrdən sonra ölkənin bərpa prosesində genişmiqyaslı irəliləyişin olduğunu bəyan edib
Liviya ölkədə baş vermiş daşqınlar və müharibələrdən sonra bərpa prosesində genişmiqyaslı irəliləyişin olduğunu bəyan edib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Liviya Dövlətinin Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı danışıb.
"Liviyada yenidənqurma son illərdə davam edir və bu gün ölkənin şimalında, cənubunda və şərqində, ələlxüsus da, daşqınlardan sonra şəhərlərdə, eləcə də müharibədən sonra qərbdə əhəmiyyətli irəliləyiş müşahidə edirik", - deyə o bildirib.
Məhəmməd Yunis əl-Mənfi qeyd edib ki, müsbət dəyişikliklər ölkədə hazırda mövcud olan sabitlik sayəsində mümkün olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре