Bu ərazidə 9 mindən çox abonentin işığı KƏSİLƏCƏK
Lənkəran şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranıb.
Day.Az xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən məlumat verilib.
Bildirilib ki, mayın 19-da budama işləri ilə əlaqədar "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 6 saylı hava xəttindən qidalanan ərazilərdə saat 10:00-dan 13:00-dək, 9 saylı hava xəttindən qidalanan ərazilərdə isə saat 14:30-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Qeyd olunub ki, ümumilikdə 9100 abonenti əhatə edən ərazilərdə fasilələr müşahidə ediləcək.
"Sakinlərimizin nəzərə alması xahiş olunur", - məlumatda bildirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре