Qazaxıstanda təyyarə qəzaya uğrayıb

Qazaxıstanın Pavlodar vilayətində "An-2" təyyarəsi qəzaya uğrayıb.

Day.Az bildirir ki, bu barədə Trend xarici mediaya istinadən xəbər verir.

Qəza nəticəsində 1 nəfər həlak olub, digər ekipaj üzvü isə xilas edilib.

İkin məlumata görə, təyyarə yüksək gərginlikli elektrik ötürücü xətlərinə dəyib və yerə çırpılıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, "An-2" ("Kukruznik") sovet istehsalı olan çoxməqsədli təyyarədir.