Dunkan Norman Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə

Böyük Britaniyanın Azərbaycana təyin olunmuş yeni səfiri Dunkan Norman Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az xəbər verir ki, səfir bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Səfir təbrikində bildirib:

"28 may 1918-ci ildə Azərbaycan müsəlman şərqində ilk dünyəvi, demokratik parlament respublikasını qurdu. Dünyanın böyük bir hissəsi hələ bu ideyaları mənimsəmədiyi bir vaxtda Azərbaycan Demokratik Respublikasının qadınların səs vermək hüququ tanındı. Parlament yaradıldı və müasir bir dövlət quruldu.

Mən Azərbaycanda olduğum yolun hələ ən başındayam. Amma artıq bildiyim bir şey var ki, bu ölkənin tarixi dərin köklərə malikdir və xalq bu tarixi qürurla daşıyır.

Müstəqillik günün mübarək, Azərbaycan! Bir kərə yüksələn bayraq, bir daha enməz".

Nəsimi Ələsgərli