https://news.day.az/azerinews/1838034.html
Teylor Sviftin konsertində terakt törətməyi planlaşdıran şəxsə hökm oxundu
Avstriyanın Vyana-Neystadt şəhər məhkəməsi Vyanada ABŞ pop ulduzu Teylor Sviftin konsertində terror aktı törətməyi planlaşdıran 21 yaşlı Avstriya vətəndaşı Beren A.-nı 15 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Day.Az xarici mediaya istinadən xəbər verir.
Teylor Sviftin konsertində terakt törətməyi planlaşdıran şəxsə hökm oxundu
Avstriyanın Vyana-Neystadt şəhər məhkəməsi Vyanada ABŞ pop ulduzu Teylor Sviftin konsertində terror aktı törətməyi planlaşdıran 21 yaşlı Avstriya vətəndaşı Beren A.-nı 15 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Day.Az xarici mediaya istinadən xəbər verir.
İttiham aktına görə, o, Vyananın Ernst Happel stadionunda keçiriləcək konsertə gələn tamaşaçılara hücum cəhdi ilə yanaşı, İŞİD terror qruplaşmasının yerli şəbəkəsini yaratmaqda və qəsdən adam öldürmə planında da təqsirli bilinib.
Məhkəmə prosesi zamanı Beren A. 2023-cü ildə qoşulduğu İŞİD-dən necə göstərişlər aldığını və partlayıcı qurğu hazırlamaq üçün etdiyi uğursuz cəhdləri etiraf edib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре