https://news.day.az/azerinews/1838585.html
SOCAR və “ExxonMobil Corporation” arasında ötən il imzalanmış Anlaşma Memorandumu üzrə görülən işlər nəzərdən keçirilib
"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "ExxonMobil Corporation" şirkətinin vitse-prezidenti Con Ardil ilə görüşüb. Bu barədə Day.Az-а SOCAR-dan məlumat verilib. Görüşdə SOCAR ilə "ExxonMobil Corporation" arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib.
SOCAR və “ExxonMobil Corporation” arasında ötən il imzalanmış Anlaşma Memorandumu üzrə görülən işlər nəzərdən keçirilib
"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "ExxonMobil Corporation" şirkətinin vitse-prezidenti Con Ardil ilə görüşüb.
Bu barədə Day.Az-а SOCAR-dan məlumat verilib.
Görüşdə SOCAR ilə "ExxonMobil Corporation" arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanmasının mühüm tarixi hadisə olduğu vurğulanıb.
Söhbət zamanı şirkətlər arasında ötən il imzalanmış Anlaşma Memorandumu üzrə görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре