Azərbaycanlı şərhçilər Türkiyə mətbuatının gündəmində

Day.Az представляет новость на азербайджанском языке
"İdman Azərbaycan" kanalında yayımlanan "Qalatasaray" - "Latsio" oyununu şərh edən Ramiz Mirzəzadə və Tural Məmmədli Türkiyə mediasının gündəminə gəliblər.
Day.Az qafqazinfo-ya istinadən bildirir ki, "Hürriyet" azərbaycanlı şərhçilərin sözlərinə xüsusi yer ayırıb.
Matç ərzində "Mustafa Dənizli nəyi gözləyir?", "Podolski neyləsin artıq?", "Ryan Donk yenə çıxmır" kimi ifadələri qardaş ölkədən olan həmkarlarımızın diqqətini çəkib.
"Hüriyet"in yazdığına görə, dünən "Tvitter"də də "Qalatasaray" - "Latsio" matçı ilə bağlı ən çox müzakirə olunan da azərbaycanlı spikerlərin şərhləri olub.
Qeyd edək ki, sözügedən şərhçilər ölkəmizdə sosial şəbəkələrdə də müzakirə olunublar. Türkiyədən fərqli olaraq yerli tamaşaçılar onları tənqid ediblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре