Velosipedlə dünya səyahətinə çıxanlar Azərbaycanda

Day.Az представляет новость на азербайджанском языке

İrandan dünya səyahətinə çıxan velosipedçilər Cəlilabadda olublar. Day.Az bildirir ki, səyahətçilər uzun müddət bu səfərə hazırlaşdıqlarını, hətta hazırlıq məqsədi ilə bir neçə il əvvəl Mərkəzi Asiya ölkələrinə də səyahət etdiklərini deyirlər. Gün ərzində 90-100 km qət edən turistlər yol boyu daha çox meyvə şirələri qəbul etməyə üstünlük verirlər. Yola çıxdıqları 2 gün ərzində isə hələ ki, heç bir çətinliklə üzləşmədiklərini bildirirlər.

Əcnəbi turistlərin sözlərinə görə, yol boyu yerli sakinlər onlara müxtəlif ərzaq məhsulları veriblər. Turistlər Azərbaycandan Gürcüstana keçməyi, səfərlərini isə qərbi Avropa ölkələrindən birində yekunlaşdırmağı planlaşdırırlar. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Velosipedlə dünya səyahətinə çıxdılar