Putin azərbaycanlı həkim barədə sərəncam imzaladı
Day.Az представляет новость на азербайджанском языке
Soydaşımız Rusiyada "Əməkdar həkim" fəxri adına layiq görülüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin soydaşımız Fuad Əliyevə "Rusiya Federasiyasının əməkdar həkimi" adının verilməsi barədə sərəncam imzalayıb.
Tümen Dövlət Tibb Universitetinin cərrahiyə kafedrasının müdiri Fuad Əliyev tibb sahəsindəki xüsusi xidmətlərinə görə, bu mükafata layiq görülüb.
Qeyd edək ki, Fuad Əliyev 1965-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darbaz kəndində doğulub. 1987-ci ildə Tümen Dövlət Tibb İnstitutunu bitirdikdən sonra şəhər əhalisinə təcili yardımın göstərildiyi 1 nömrəli klinik xəstəxanada çalışıb. O, ordinatordan ali kateqoriyalı cərrahadək, cərrahiyyə bölməsinin müdiri vəzifəsinədək yol keçib, Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının müdiri təyin edilib.
Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре