https://news.day.az/azerinews_politics/1427976.html
Prezidenti İlham Əliyev Rusiya Federasiya Prezidenti Vladimir Putinə telefonla zəng edib
Prezidenti İlham Əliyev Rusiya Federasiya Prezidenti Vladimir Putinə telefonla zəng edib
Yanvarın 18-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələlərinin gələcək perspektivləri müzakirə edilib.
Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə edilib.
Azərbaycan və Rusiya Prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре