https://news.day.az/culture/498817.html
Baba Vəziroğlunu universitetdən kim qovdurub? - FOTO
Modern.az-da "Məşhur tələbə yoldaşım" rubrikasının budəfəki qonaq jurnalist, "Xalq qəzeti"nin əməkdaşı Zərifə Hüseynovadır. O, tələbə yoldaşı, əməkdar incəsənət xadimi, şair, nasir, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini 1977-ci ildə bitirmiş Baba Vəziroğlu haqqında danışır:
"Baba Vəziroğlu ilə bir kursda oxumuşuq. O vaxt jurnalistika fakültəsi texniki fakültələrə baxanda içində istedadı, ədəbiyyata marağı olan uşaqlar üçün çox gözəl bir məktəb idi. Ona görə də yaradıcı adamların hamısı, şeir yazanlar jurnalistikaya gəlirdi. Jurnalistika fakültəsi əvvəl filologiyanın tərkibində olub, 1969-cu ildə müstəqil fakültə kimi ayrılıb. Biz ora 1972-ci ildə daxil olanlarıq, aramızda 10 il yaş fərqiylə oxuyanlar var idi.
Mən orta məktəbi əla bitirdiyimə görə, sənədlərimi jurnalistikaya götürmüşdülər. Jurnalistliyə həvəsim yox idi, hüquqşünas olmaq istəyirdim və atam icazə vermədiyinə görə tam təsadüfən sənədlərimi jurnalistikaya verdim. Bacım da filologiyada oxuyurdu, sənədləri ora verməyə qoymadı ki, "mən orada oxuyuram, gəl jurnalistikaya gedək". Yəni jurnalistikaya düşməyim beləydi. Mən o zamanadək hələ əlimə qələm alıb iki cümlə yazı yazmamışdım. Baba müəllimsə, stajla daxil olanlardan idi. Yadımdadır, birinci kursda bizi yaradıcılıq nümunəsi yazmaq məqsədilə orta məktəblərdən birinə aparmışdılar. Uşaqlardan yazı yazmalıydıq. Cahangir Məmmədli mənə bir qızı göstərib dedi, "sən də ondan yazarsan". Dedim, "aa, mən bundan nə yazacam". Baba müəllim mənim vəziyyətimi görüb dedi ki, "sən bir şey yaz, mən düzəldəcəm". Dedim, mən nə yazım, dedi, nə istəyirsən yaz, düzəldəcəm. Mən qızı necə görmüşdüm, o cür də təsvir etdim: hər səhər məktəbə əlində çanta bir qız gedir, filan... Baba müəllim bu yazının üstündən xətt çəkdi. Götürüb özü yazdı, amma nə yazdığını bilmədim. Sonra həmin yazı divar qəzetində çıxanda gördüm ki, o mənim yerimə nə yazıb. Sonra "Töhfə" adlı bir şeir də yazmışdı, Şövkət Ələkbərova da o şeirə mahnı oxumuşdu. Bu əhvalatdan sonra qərara gəldim ki, özüm yazmalıyam".
"Rayondan gələn oğlanlar kobud olurlar, amma Baba..."
"Birinci kursdan Baba müəllimin şeirə, poeziyaya necə həvəsli olduğunu görürdük. Kimin şeirə, yazmağa həvəsi var idi, tez-tez onun başına yığışırdı. Biz rayondan gələn uşaqlar idik, o da rayondan gəlmişdi. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) yataqxanalarının yanında "Kvant" restoranı var idi. Bir dəfə orada Ramiz Rövşənlə görüş keçirilirdi. Baba Vəziroğlu birinci dəfə onda Ramiz Rövşənin şeirini oxudu. Sonradan öz şeirlərini də oxudu. Biz Babanın şeir yazdığını birinci dəfə orada gördük.
Baba müəllim dərslərini də yaxşı oxuyurdu. Çox sakit, mehriban, mədəni idi, bir az qəribə çıxmasın, onda bir qadın mədəniyyəti var idi. Adətən, rayondan gələn oğlanlar bir az hay-küylü, kobud olurlar, Baba Vəziroğlu elə deyildi. Biz hətta Baba sözünə görə bir az onunla zarafatlaşırdıq. Babanın dostları sırasında Mehman Cavadoğlu, Aydın Səlimzadənin adlarını çəkmək olar. Yəni, onların öz dəstəsi var idi. İsmayıllıdan olan Aydın Səlimzadə də şair idi, cavan rəhmətə getdi. Mehman Cavadoğlu indi Müsavatdadır".
"O, Zinyət Əlizadəyə görə institutdan qovuldu"
"Müəllimlərimiz arasında Zinyət Əlizadə (Araz və Zərdüşt Əlizadələrin anası) var idi. O, niyəsə Baba müəllimi istəmirdi, incidirdi. Zinyət müəllimənin adı gələndə çəkinirdik. Heç kafedra müdirlərindən, dekanlardan elə çəkinmək yox idi.
Mən imtahanda ondan "5" alıb çıxanda necə tərləmişdimsə, elə bircə onu dedim ki, "Allahına şükür elə ki, bildiyim sual düşdü".
Zinyət müəllimə uşaqların yarısını imtahandan kəsmişdi, Baba da onların içərisində idi. Şirməmməd Hüseynovun dekan olduğu vaxtlar idi. Baba müəllim bizdən uzaqlaşdı, getdi. O, savadlı oğlan olduğundan ikinci il təzədən daxil oldu. Mən sonradan Babanın uğurlarına çox sevindim.
Baba müəllim normal oxuyan tələbə idi, o Zinyət Əlizadənin güdazına getdi.
Zinyət Əlizadə cavan, hündürboy, yaraşıqlı oğlan görəndə qısqanırdı, elə insan idi, Allah rəhmət etsin, o, elə idi. "Qiymət yazmayacam" deyirdisə, yazmırdı, dünya dağılaydı, yazmırdı. Baxmırdı ki, bu savadlıdır, gələcəyi var, qəlbi sınar, oxumaqdan bezər, küsər, gedər. Tutaq ki, Azərbaycan ədəbiyyatı bir yaradıcı insanını itirə bilər, onu elə şeylər maraqlandırmırdı. Bizim qrupda oxuyan bir oğlan Zinyət Əlizadəyə şeir yazmışdı ki, "çox kişilər kişiliyi sizin kimi qadınlardan öyrənsinlər". Bu, qrupda böyük bir təlatümə səbəb olmuşdu ki, "sən nə yazırsan?". Mənə elə gəlir ki, Baba ilə Zinyət müəllimənin arasında intriqa olmamışdı. Sadəcə, Baba kimi çox sakit insanların xarakterləri elədi ki, onların ayağını tapdalayanda lazım olan dərəcədə cavab verməyi bacarırlar. Baba da sözünü deyən adam idi. Düşünürəm ki, Zinyət Əlizadənin müəllim hüququndan sui-istifadəsi nəticəsində dediyi bir kobud sözə Baba müəllimin verdiyi cavab onun taleyini həll etmişdi.
İnstitutdan qovulmaq boş şeydi. O qədər institut qurtarıb heç bir yararlı işlə, yaradıcılıqla məşğul olmayan, ədəbiyyat, Azərbaycan, millət üçün heç nəyə yaramayan insanlar var. Ancaq elələri var ki, ali təhsilləri yoxdu, yaradıcılıqla məşğuldur, böyük bir ölkəni özünün əsərləri ilə idarə edir, tərbiyələndirir, onun gənclərini irəli aparır. Yəni yaradıcılıqda ali təhsil rol oynamır. Ali təhsil iş prosesi üçün rol oynayır, sadəcə insanın dünyagörüşünə, mənəvi dəyərlərə verdiyi qiymətə, hadisələrə baxışına təsir edir. O nöqteyi-nəzərdən bir şair, insan, valideyn kimi Baba müəllim dəyərlidir. Mən onu bir ruh, məhəbbət şairi kimi, vətənpərvər, doğma el-obasına çox bağlı bir insan kimi qiymətləndirirəm".
"İçindəki sevgi ayrılığa güc gələn sevgidir"
"Baba müəllimin yaradıcılığı şəlalədi, dağ çayıdır, səslə-küylə axır. Mən şəxsən onu lirika, həyat şairi, ruh şairi kimi görürəm və qiymətləndirirəm. Baba müəllimin şeirlərinə mahnılar da oxunur. O, Musa Yaqub kimi təbiət şairinin yetişdiyi İsmayıllı torpağından çıxıb, onun əhatəsində Ramiz Rövşən kimi şairlər olub, Baba müəllim necə yazmaya bilərdi.
Babanın bir şeiri indi yadıma düşdü:
Necə darıxmışam bilsən, bu gecə,
Mən dəli olaram gəlsən, bu gecə,
Bəlkə də, qoynunda ölsəm bu gecə,
Sanaram dünyanın xoşbəxtiyəm mən.
Gör, sevgiliyə münasibəti bundan gözəl necə ifadə etmək olar ki. Onun şeirləri var ki, bəzən özü-özünə təskinlik verir, bəzənsə özünə qarğış edir:
Adım yaman oldu, dillərə düşdüm,
Dərddən havalandım, çöllərə düşdüm,
Bilsən, sənsiz necə günlərə düşdüm.
Dilim quruyaydı "yox" deyəndə mən.
Artıq gecikmişəm, getdi o qatar.
Daha "hə" deməyin nə mənası var?
İndi gücüm bircə qarğışa çatar:
Dilim quruyaydı "yox" deyəndə mən.
Sonra "Sevgi ayrılıqdan güclüdür Vallah" şeiri ... Bu misranın özü şedevrdir, tapıntıdır. Mən deyərdim ki, ədəbiyyata gəlmiş həqiqi tapıntıdır. Hamı hesab edir ki, ayrılıq güclüdür. Amma Baba müəllimin içindəki sevgi ayrılığa güc gələn sevgidir. O sevgi Baba müəllimi ucalığa qaldırır.
Baba müəllim insan kimi də yaxşı insan, yaxşı yoldaşdır. Mən şəxsən özümə olmasa da, başqa adamlardan eşitmişəm ki, Baba müəllimə nə iləsə bağlı müraciət edənlərə kömək əlini uzadıb".
"Tanınmış insanlar bəzən müştəbeh olurlar"
"Baba həlim insan idi. Bilmirəm, bəlkə indi həyat onu zalımlaşdırıb, qabağına çıxan çətinliklər onu başqa cür edib, amma mən tanıdığım Baba müəllim həlim, mülayim, mehriban insan idi. Məsələn, ona yaxınlaşardın, sənin səsin onun səsindən uca çıxardı, yəni o cür mədəni insan idi. Hər pillənin, mərtəbənin bir danışığı olur axı, elə bil Baba müəllim ortada durmuş bir adam idi.
Biz indi də zəngləşirik, danışırıq. Baba müəllim yaxşı dostdur, əgər hər hansı problemin varsa, sən onu itirib axtarmamısansa, onun özünün yadına düşər, axtarar ki, haralardasınız. İndi Allaha şükür, sosial şəbəkələrdə dostluğumuz da var. Orada da mesajlaşırıq, arada zəngləşirik. Bizim fakültədə elə uşaqlar var ki, bir yerdə oxumuşuq, heç onlarla elə əlaqəmiz yoxdur, nəinki Baba müəllimlə.
Tanınmış insanlar bəzən müştəbeh olurlar. Bu ədəbiyyat adamlarına çox xas olmasa da, amma onların içində də elələri var ki, bir az tanınandan sonra "bu mənimlə oxumuşdu" - deyir, amma Baba müəllim danışanda deyir ki, "bir yerdə oxumuşduq, bir "patok"da olmuşuq". Demir ki, "hə, mənimlə oxumuşdular", yəni o bu ifadəni işlətmir. Onda incəlik var. Bəlkə də başqa adam o cümlədəki incəliyin fərqinə varmaz, amma mən də yaradıcı adam olduğum üçün bunu duyuram. Baba müəllimi tanıyan adam onun necə mədəni, insanlara ehtiramla yanaşan, böyüyü böyük, kiçiyi kiçik kimi görməyi bacaran bir insan olduğunu bilir".
Böyütmək üçün şəkillərə klikləyin.






Baba Vəziroğlunu universitetdən kim qovdurub? - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq. Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.Modern.az-da "Məşhur tələbə yoldaşım" rubrikasının budəfəki qonaq jurnalist, "Xalq qəzeti"nin əməkdaşı Zərifə Hüseynovadır. O, tələbə yoldaşı, əməkdar incəsənət xadimi, şair, nasir, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini 1977-ci ildə bitirmiş Baba Vəziroğlu haqqında danışır:
"Baba Vəziroğlu ilə bir kursda oxumuşuq. O vaxt jurnalistika fakültəsi texniki fakültələrə baxanda içində istedadı, ədəbiyyata marağı olan uşaqlar üçün çox gözəl bir məktəb idi. Ona görə də yaradıcı adamların hamısı, şeir yazanlar jurnalistikaya gəlirdi. Jurnalistika fakültəsi əvvəl filologiyanın tərkibində olub, 1969-cu ildə müstəqil fakültə kimi ayrılıb. Biz ora 1972-ci ildə daxil olanlarıq, aramızda 10 il yaş fərqiylə oxuyanlar var idi.
Mən orta məktəbi əla bitirdiyimə görə, sənədlərimi jurnalistikaya götürmüşdülər. Jurnalistliyə həvəsim yox idi, hüquqşünas olmaq istəyirdim və atam icazə vermədiyinə görə tam təsadüfən sənədlərimi jurnalistikaya verdim. Bacım da filologiyada oxuyurdu, sənədləri ora verməyə qoymadı ki, "mən orada oxuyuram, gəl jurnalistikaya gedək". Yəni jurnalistikaya düşməyim beləydi. Mən o zamanadək hələ əlimə qələm alıb iki cümlə yazı yazmamışdım. Baba müəllimsə, stajla daxil olanlardan idi. Yadımdadır, birinci kursda bizi yaradıcılıq nümunəsi yazmaq məqsədilə orta məktəblərdən birinə aparmışdılar. Uşaqlardan yazı yazmalıydıq. Cahangir Məmmədli mənə bir qızı göstərib dedi, "sən də ondan yazarsan". Dedim, "aa, mən bundan nə yazacam". Baba müəllim mənim vəziyyətimi görüb dedi ki, "sən bir şey yaz, mən düzəldəcəm". Dedim, mən nə yazım, dedi, nə istəyirsən yaz, düzəldəcəm. Mən qızı necə görmüşdüm, o cür də təsvir etdim: hər səhər məktəbə əlində çanta bir qız gedir, filan... Baba müəllim bu yazının üstündən xətt çəkdi. Götürüb özü yazdı, amma nə yazdığını bilmədim. Sonra həmin yazı divar qəzetində çıxanda gördüm ki, o mənim yerimə nə yazıb. Sonra "Töhfə" adlı bir şeir də yazmışdı, Şövkət Ələkbərova da o şeirə mahnı oxumuşdu. Bu əhvalatdan sonra qərara gəldim ki, özüm yazmalıyam".
"Rayondan gələn oğlanlar kobud olurlar, amma Baba..."
"Birinci kursdan Baba müəllimin şeirə, poeziyaya necə həvəsli olduğunu görürdük. Kimin şeirə, yazmağa həvəsi var idi, tez-tez onun başına yığışırdı. Biz rayondan gələn uşaqlar idik, o da rayondan gəlmişdi. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) yataqxanalarının yanında "Kvant" restoranı var idi. Bir dəfə orada Ramiz Rövşənlə görüş keçirilirdi. Baba Vəziroğlu birinci dəfə onda Ramiz Rövşənin şeirini oxudu. Sonradan öz şeirlərini də oxudu. Biz Babanın şeir yazdığını birinci dəfə orada gördük.
Baba müəllim dərslərini də yaxşı oxuyurdu. Çox sakit, mehriban, mədəni idi, bir az qəribə çıxmasın, onda bir qadın mədəniyyəti var idi. Adətən, rayondan gələn oğlanlar bir az hay-küylü, kobud olurlar, Baba Vəziroğlu elə deyildi. Biz hətta Baba sözünə görə bir az onunla zarafatlaşırdıq. Babanın dostları sırasında Mehman Cavadoğlu, Aydın Səlimzadənin adlarını çəkmək olar. Yəni, onların öz dəstəsi var idi. İsmayıllıdan olan Aydın Səlimzadə də şair idi, cavan rəhmətə getdi. Mehman Cavadoğlu indi Müsavatdadır".
"O, Zinyət Əlizadəyə görə institutdan qovuldu"
"Müəllimlərimiz arasında Zinyət Əlizadə (Araz və Zərdüşt Əlizadələrin anası) var idi. O, niyəsə Baba müəllimi istəmirdi, incidirdi. Zinyət müəllimənin adı gələndə çəkinirdik. Heç kafedra müdirlərindən, dekanlardan elə çəkinmək yox idi.
Mən imtahanda ondan "5" alıb çıxanda necə tərləmişdimsə, elə bircə onu dedim ki, "Allahına şükür elə ki, bildiyim sual düşdü".
Zinyət müəllimə uşaqların yarısını imtahandan kəsmişdi, Baba da onların içərisində idi. Şirməmməd Hüseynovun dekan olduğu vaxtlar idi. Baba müəllim bizdən uzaqlaşdı, getdi. O, savadlı oğlan olduğundan ikinci il təzədən daxil oldu. Mən sonradan Babanın uğurlarına çox sevindim.
Baba müəllim normal oxuyan tələbə idi, o Zinyət Əlizadənin güdazına getdi.
Zinyət Əlizadə cavan, hündürboy, yaraşıqlı oğlan görəndə qısqanırdı, elə insan idi, Allah rəhmət etsin, o, elə idi. "Qiymət yazmayacam" deyirdisə, yazmırdı, dünya dağılaydı, yazmırdı. Baxmırdı ki, bu savadlıdır, gələcəyi var, qəlbi sınar, oxumaqdan bezər, küsər, gedər. Tutaq ki, Azərbaycan ədəbiyyatı bir yaradıcı insanını itirə bilər, onu elə şeylər maraqlandırmırdı. Bizim qrupda oxuyan bir oğlan Zinyət Əlizadəyə şeir yazmışdı ki, "çox kişilər kişiliyi sizin kimi qadınlardan öyrənsinlər". Bu, qrupda böyük bir təlatümə səbəb olmuşdu ki, "sən nə yazırsan?". Mənə elə gəlir ki, Baba ilə Zinyət müəllimənin arasında intriqa olmamışdı. Sadəcə, Baba kimi çox sakit insanların xarakterləri elədi ki, onların ayağını tapdalayanda lazım olan dərəcədə cavab verməyi bacarırlar. Baba da sözünü deyən adam idi. Düşünürəm ki, Zinyət Əlizadənin müəllim hüququndan sui-istifadəsi nəticəsində dediyi bir kobud sözə Baba müəllimin verdiyi cavab onun taleyini həll etmişdi.
İnstitutdan qovulmaq boş şeydi. O qədər institut qurtarıb heç bir yararlı işlə, yaradıcılıqla məşğul olmayan, ədəbiyyat, Azərbaycan, millət üçün heç nəyə yaramayan insanlar var. Ancaq elələri var ki, ali təhsilləri yoxdu, yaradıcılıqla məşğuldur, böyük bir ölkəni özünün əsərləri ilə idarə edir, tərbiyələndirir, onun gənclərini irəli aparır. Yəni yaradıcılıqda ali təhsil rol oynamır. Ali təhsil iş prosesi üçün rol oynayır, sadəcə insanın dünyagörüşünə, mənəvi dəyərlərə verdiyi qiymətə, hadisələrə baxışına təsir edir. O nöqteyi-nəzərdən bir şair, insan, valideyn kimi Baba müəllim dəyərlidir. Mən onu bir ruh, məhəbbət şairi kimi, vətənpərvər, doğma el-obasına çox bağlı bir insan kimi qiymətləndirirəm".
"İçindəki sevgi ayrılığa güc gələn sevgidir"
"Baba müəllimin yaradıcılığı şəlalədi, dağ çayıdır, səslə-küylə axır. Mən şəxsən onu lirika, həyat şairi, ruh şairi kimi görürəm və qiymətləndirirəm. Baba müəllimin şeirlərinə mahnılar da oxunur. O, Musa Yaqub kimi təbiət şairinin yetişdiyi İsmayıllı torpağından çıxıb, onun əhatəsində Ramiz Rövşən kimi şairlər olub, Baba müəllim necə yazmaya bilərdi.
Babanın bir şeiri indi yadıma düşdü:
Necə darıxmışam bilsən, bu gecə,
Mən dəli olaram gəlsən, bu gecə,
Bəlkə də, qoynunda ölsəm bu gecə,
Sanaram dünyanın xoşbəxtiyəm mən.
Gör, sevgiliyə münasibəti bundan gözəl necə ifadə etmək olar ki. Onun şeirləri var ki, bəzən özü-özünə təskinlik verir, bəzənsə özünə qarğış edir:
Adım yaman oldu, dillərə düşdüm,
Dərddən havalandım, çöllərə düşdüm,
Bilsən, sənsiz necə günlərə düşdüm.
Dilim quruyaydı "yox" deyəndə mən.
Artıq gecikmişəm, getdi o qatar.
Daha "hə" deməyin nə mənası var?
İndi gücüm bircə qarğışa çatar:
Dilim quruyaydı "yox" deyəndə mən.
Sonra "Sevgi ayrılıqdan güclüdür Vallah" şeiri ... Bu misranın özü şedevrdir, tapıntıdır. Mən deyərdim ki, ədəbiyyata gəlmiş həqiqi tapıntıdır. Hamı hesab edir ki, ayrılıq güclüdür. Amma Baba müəllimin içindəki sevgi ayrılığa güc gələn sevgidir. O sevgi Baba müəllimi ucalığa qaldırır.
Baba müəllim insan kimi də yaxşı insan, yaxşı yoldaşdır. Mən şəxsən özümə olmasa da, başqa adamlardan eşitmişəm ki, Baba müəllimə nə iləsə bağlı müraciət edənlərə kömək əlini uzadıb".
"Tanınmış insanlar bəzən müştəbeh olurlar"
"Baba həlim insan idi. Bilmirəm, bəlkə indi həyat onu zalımlaşdırıb, qabağına çıxan çətinliklər onu başqa cür edib, amma mən tanıdığım Baba müəllim həlim, mülayim, mehriban insan idi. Məsələn, ona yaxınlaşardın, sənin səsin onun səsindən uca çıxardı, yəni o cür mədəni insan idi. Hər pillənin, mərtəbənin bir danışığı olur axı, elə bil Baba müəllim ortada durmuş bir adam idi.
Biz indi də zəngləşirik, danışırıq. Baba müəllim yaxşı dostdur, əgər hər hansı problemin varsa, sən onu itirib axtarmamısansa, onun özünün yadına düşər, axtarar ki, haralardasınız. İndi Allaha şükür, sosial şəbəkələrdə dostluğumuz da var. Orada da mesajlaşırıq, arada zəngləşirik. Bizim fakültədə elə uşaqlar var ki, bir yerdə oxumuşuq, heç onlarla elə əlaqəmiz yoxdur, nəinki Baba müəllimlə.
Tanınmış insanlar bəzən müştəbeh olurlar. Bu ədəbiyyat adamlarına çox xas olmasa da, amma onların içində də elələri var ki, bir az tanınandan sonra "bu mənimlə oxumuşdu" - deyir, amma Baba müəllim danışanda deyir ki, "bir yerdə oxumuşduq, bir "patok"da olmuşuq". Demir ki, "hə, mənimlə oxumuşdular", yəni o bu ifadəni işlətmir. Onda incəlik var. Bəlkə də başqa adam o cümlədəki incəliyin fərqinə varmaz, amma mən də yaradıcı adam olduğum üçün bunu duyuram. Baba müəllimi tanıyan adam onun necə mədəni, insanlara ehtiramla yanaşan, böyüyü böyük, kiçiyi kiçik kimi görməyi bacaran bir insan olduğunu bilir".
Böyütmək üçün şəkillərə klikləyin.






Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре