Vaqif Səmədoğlunun məzarı üstünə bir cüt ayaqqabı qoyuldu - FOTO Day.Az представляет новость на азербайджанском языке

Xalq şairi Vaqif Səmədoğlunun dəfn mərasimində maraqlı hadisə yaşanıb.

APA-ın məlumatına görə, şairin oxucularından biri, gənc xanım V. Səmədoğlunun məzarı üstünə bir cüt ayaqqabı qoyub. Ayaqqabının yanındakı kağızda isə əlyazma ilə Vaqif Səmədoğlunun bu misraları yazılıb:

"Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin..."

Oxucunun sevimli şairinə jesti vida mərasimində iştirak edənləri təsirləndirib, şairin həyat yoldaşı Nüşabə Vəkilova isə "bu, əsl oxucu sevgisidir" deyib.

Qeyd edək ki, V. Səmədoğlu dünən səhər saatlarında dünyasını dəyişib. O, I Fəxri Xiyabanda dəfn olunub.

Böyütmək üçün şəkillərə klikləyin.