Əbdülhey "Kurtlar vadisi pusu"nu tərk etdi

Day.Az представляет новость на азербайджанском языке.


Türkiyənin ən populyar teleseriallarından olan "Kurtlar vadisi pusu"da kimsənin gözlmədiyi ayrılıq baş verib. "Əbdülhey" rolunu oynayan aktyorKenan Çoban çəkilişləri tərk edib.


O, teleserialda "Polat Alemdar" rolunu oynayan Necati Şaşmazın sabiq ortaqları ilə anlaşıb.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, "Kurtlar vadisi pusu"da bir neçə ay əvvəl Necati Şaşmaz qardaşı Raci Şaşmazla kəskin mübahisə etmişdi. Bundan sonra ssenariçilər Bahadır ÖzdenerCüneyt Aysan da teleserialı çəkən "Pana Film" studiyasından ayrılmışdılar.
 

11 ildən bəri teleserialda çəkilən Kenan Çobanın fikrində qəti olduğu deyilir.
 

O, ssenari müəllifləri Bahadır Özdener və Cüneyt Aysan olan yeni teleseriala çəkilməyə başlayacaq.
 

Sentyabrda nümayişi başlanacaq teleserialda Kenan Çoban narkotacirlərə qarşı mübarizə aparan şəxs rolunu oynayacaq.