“Barselona”dan daha bir rəsmi transfer

Day.Az представляет новость на азербайджанском языке
"Valensiya"nın hücumçusu Pako Alkaserin "Barselona"ya transferi rəsmiləşib.
Day.Az apasport.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvard yeni komandası ilə 5 illik müqavilə imzalayıb.
Futbolçunun müqaviləsinə salınan bəndə görə, onun transfer qiyməti 100 milyon avrodu. Bu keçid "Valensiya"ya 30 milyon avro qazandırıb. Forvard özünü doğrulda bilsə, "yarasalar" daha 2 milyon mükafat əldə edəcəklər.
Əvəzində isə "Barsa" hücumçusu Munir El-Haddadini "Valensiya"ya icarəyə verib. Munir yeni klubunda yaxşı təsir bağışlasa, "Valensiya" gələn yay onu 12 milyon avro qarşılığında birdəfəlik transfer edəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре