Klub prezidenti Türkiyədə öldü

Day.Az представляет новость на азербайджанском языке

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun prezidenti vəfat edib.

Day.Az apasport.az-a istinadən xəbər verir ki,ərəb klub rəsmisi Əhməd Məsud Türkiyədə dünyasını dəyişib.
 
Onun Kocaəli şəhərindəki otellərin birində səhhəti pisləşib. Ürək tutmasından təcili xəstəxanaya çatdırılan Məsudun həyatını xilas etmək mümkün olmayıb.
 
Bədbəxt hadisədən sonra ərəb klubu Türkiyədəki təlim-məşq toplanışını yarımçıq qoyaraq vətənə dönüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.