Ronaldonun "Whatsapp" yazışmaları yayıldı - "Miss Bum Bum"la qalmaqal

Day.Az представляет новость на азербайджанском языке

"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldonun Braziliyanın məşhur modeli Erika Kanella ilə "Whatsapp" yazışmaları yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yazışmalardan aydın olur ki, Ronaldo Kanellaya romantik görüş təklif edib və rədd cavabı aldığı üçün əsəbiləşib.

Ronaldonun gözəl modelə göndərdiyi ilk mesajda "Evimə gəlmək istərdinmi? Səni görmək istəyirəm və sənə yaxın oturardım" yazıb. Model onunla görüşdüyünü, lakin futbolçunun kobud davrandığını deyib:

"Mən ona yarım saatlıq bir qadın olmayacağımı dedim. Ronaldoyla görüşmək istərdim, amma o, məni bir əşya kimi gördü".

Futbolçunun Georgina Rodrigezlə sevgili olduqdan sonra Erikaya mesaj yazmadığı məlum olub.

Qeyd edək ki, E.Kanella "Miss Bum Bum" yarışmasının qaliblərindəndir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.