Xalq artisti süni nəfəs aparatına qoşulub - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке:
---------
16:11
Xalq artisti Habil Əliyevi müayinə etmək üçün Türkiyədən tanınmış həkim Bakıya gəlir. Bunu Trend-ə açıqlamasında xalq artistinin qızı Rəna Əmirəliyeva bildirib.
Onun sözlərinə görə, təcrübəli həkim avqustun 18-i gecə saat 04:00-da Bakıya gələcək.
Atasının səhhətində irəliləyişlərin olduğunu deyən R.Əmirəliyeva qeyd etdi ki, xalq artistinə süni nəfəs verilir: "Atam ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilib. Süni nəfəs aparatı ilə nəfəs alır. İki gündü yuxulu idi. Yavaş-yavaş ayılır. Hazırda vəziyyətində irəliləyiş hiss olunur. Bu gecə isə atamı müayinə etmək üçün Türkiyənin təcrübəli həkimlərindən olan Ozkan hoca Bakıya gələcək. İnanıram ki, hər şey yaxşı olacaq. Atamın səhhətində irəliləyişlərin yaranması da bunu göstərir".
Qeyd edək ki, bir müddət əvvəl səhhətində problemlər yaranan xalq artsiti H.Əliyev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
12:42
Xalq artisti Habil Əliyevin həyat yoldaşı kaman ustasının səhhətinin pisləşməsindən danışıb.
Axşam.az-ın məlumatına görə, "Qafqazinfo"ya açıqlamasında Şərqiyə Əliyeva bildirib ki, hazırda xalq artistinin səhhəti normaldır:
"Habil bəy Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib, o, ağciyər və ürəkçatışmazlığından əziyyət çəkir. Heç kimi yanına buraxmırlar. Şükür Allaha ki, digər günlərə nisbətən bu gün səhhəti normaldır. Bu gün saat 6-da Türkiyədən həkim gətirəcəklər, o müayinə edib, durumu haqda daha geniş məlumat verəcək".
---------
11:31
Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Azərbaycanın görkəmli kaman ustası, xalq artisti Habil Əliyevin vəziyyəti nisbətən normalaşıb. Bunu "Report" a kaman ustasının həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. Onun sözlərinə görə, dünən gecə gözlərini açan Habil Əliyev, əllərini tərpədib.
Ş.Əliyeva qeyd edib ki, Habil Əliyevin vəziyyəti iki gün əvvəl kəskin şəkildə pisləşdiyi üçün Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər: "Habil, 10 gün Səhiyyə Nazirliyinin nəzarəti altında evdə müalicə olundu. Amma son günlər vəziyyəti qəfildən kəksin pisləşdi, evə müalicə mümkün olmadı və xəstəxanaya yatırmalı olduq. Dünən gecə süni nəfəs aparatına qoşublar. Həkimlər bizə dedilər ki, dünən gecə gözlərini açıb və əllərini tərpədib. Bu da yaxşı nəticəyə işarədir. Ümid edirik ki, yaxşı olacaq".
Həyat yoldaşı deyib ki, Habil Əliyevi müayinə etmək üçün bu gün Türkiyədən həkim gətiriləcək: "Dövlətimiz sağ olsun. Habilin müalicəsi Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir. Xəstəxananın bütün personalı Habil Əliyevə diqqət edir. Hər birinə ailəmiz adından minnətdarıq".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре