Elşən Musayev: "Liderciklər böyüyüb yekə kişi olmayacaqlar”

Day.Az представляет новость на азербайджанском языке.

"Dağıdıcı müxalifəti qınamaq olmaz, ən azından indiki məqamda. Çünki bu insanlar nəyləsə məşğul olmalıdır, bekarçılıq yaxşı şey deyil".
 

Bu fikirləri SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev "Strateji Düşüncə Mərkəzi" adlı qurum yaratmaq cəhdlərinə münasibətini açıqlayarkən deyib. DMP sədrinin fikrincə, Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, "El" Hərəkatının sədri Eldar Namazov və onları dəstəkləyənlər başlarını itiriblər: "Hətta görün vəziyyət hansı məqama qədər irəliləyib ki, müxalif başbilənlərdə düşüncənin strategiyasını müəyyənləşdirmək istəyi yaranıb. Ya da belə deyək: Bu vaxta qədər ərsəyə gətirdikləri təşkilatları ağ günə çıxarıb qurtardılar, bir qaldı düşüncələri zorlayıb özününküləşdirmək!".
 

"Vallah-billah, belə məqamlarda adam bilmir nə desin. Bilmirsən ki, bu yazıq binəvalara aktyor deyil, siyasətçi olduqlarını xatırladasan, yoxsa Allahdan şəfamı diləyəsən", - deyə qeyd edən Elşən Musayev onu da bildirdi ki, bunlar sadəcə "kişi qırıqlarıdırlar": "O ki qala, müxalifətin fəaliyyətsizliyinin aradan qalxma perspektivinə, bilin və əmin olun, dağdıcı müxalifət mövcud Azərbaycan siyasətinin qalıqlarıdır, qırıntılarıdır. Balaca oğlan uşaqlarına uşaq vaxtı "kişi qırığı"deyərlər e... bax bizim müxalif liderciklər də təxminən o fason bir şeydir. Sadəcə həmin uşaqlardan tək fərqləri budur ki, onlar ömrü boyu böyüyüb "yekə kişi" statusuna yiyələnməyəcəklər".