384 saat sonra möcüzə...

6 fevralda Türkiyədə baş verən zəlzələnin 384-cü saatında 90 yaşlı qadın və onun 70 yaşlı oğlu xilas edilib.

Day.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 11-ci mərtəbədə yaşayan 70 yaşlı Hanifi Akgün və 90 yaşlı anası Güllü Akgün yanğınsöndürənlər tərəfindən xilas olunub.

Xilasetmə tədbirlərindən sonra ana və oğul xəstəxanaya yerləşdirilib.

Zəlzələdən keçən 2 həftə ərzində müəllim olan oğul çətin şərait olsa da, anasının sağlamlığının qeydinə qalmağa çalışıb.