Abşeronda huşunu itirən sürücü avtomobili

Xırdalanda avtomobil qəzaya uğrayıb.

Day.Az xəbər verir ki, qəza Xırdalan şəhərində Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Hüseynov Əfqan Hümbət oğlu idarə etdiyi "Ravon" markalı avtomobildə huşunu itirib.

İdarəetmədən çıxan maşın işıq dirəyinə çırpılıb. Sürücü ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.