Oyunda huşunu itirdi, xəstəxanada öldü

Panama millisinin sabiq futbolçusu Luis Tejada 41 yaşında vəfat edib.

Day.Az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Hücumçu veteranların oyunu zamanı huşunu itirib. O, xəstəxanaya aparılıb. Lakin Tejedanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Luis Tejada 2001-2018-ci illərdə Panama millisində oynayıb. O, yığmanın bombardiridir - 108 oyunda 42 qol.